Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. AzEuroNews.com-un məlumatına görə, Əzimzadə küçəsi 20 ünvanında İlqar Camal oğlu Hacıyev yaşadığı evin yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ətrafdakı insanların çağırdığı təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Müayinə zamanı zərərçəkənin qarın nahiyyəsindən bıçaqlandığı məlum olub. Tibbi yardımdan sonra o palataya yerləşdirilib. Dinidirmələr zamanı zərərçəkən bildirib ki, axşam zibil atmağa gedərkən tanımadığı şəxs ona yaxınlaşaraq mübahisə etməyə başlayıb. O, da həmin şəxs cavab verəndə bıçaqlanıb. Naməlum şəxs İlqarı bıçaqlayandan sonra hadisə yerini tərk edib.

Faktla əlaqədar Cinayət İşi başlanıb. Araşdırmalar aparılır.