ABŞ-lı repçi Snup Doq yeni klipində prezident Donald Trampı tapança ilə “vurur”.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “Lavender” adlı mahnının klipinin əsas konsepti kloun maskası geyinmiş insanlar üzərində qurulub.

Klipdə ifaçı Trampa yaxın məsafədən atəş açır, oyuncaq olan silahdan “BANG” yazısı çıxır.

Klipin sonlarında isə D.Trampın narkotik çəkməsi və zəncirlənmməsi də əks olub.