Bakıda Müdafiə Nazirliyinin əmlakını oğurlayan şəxslər saxlanılıb. AzEuroNews.com-un məlumatına görə, Müdafiə Nazirliyinə məxsus 327 metr kabelin yoxa çıxması ilə bağlı Binəqədi rayon Polis İdarəsinə məlumat daxil olub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğruluqda şübhəli bilinən 3 nəfəri saxlayıb.

Xocahəsən qəsəbə sakinləri 54 yaşlı İsrafil Allahverdiyev, 39 yaşlı Maarif Cəfərov və 42 yaşlı Elman Əsədullayev oğurladıqları kabelləri Alatava yaşayış massivindəki metal qəbulu məntəqəsinə satdıqlarını bildiriblər.

Məlumat üçün bildirək ki, oğurlanan kabellərin qiyməti 4 min 437 manat təşkil edir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

kabel mn 3 kabel mn2 kamebl mn