Almaniyada bankı qarət etmək istəyən silahlı quldur bankın işçilərini girov götürüb və polis əməkdaşları bankın ətrafını mühasirəyə alıblar.

AzEuroNews xarici mediaya istinadən istinadən xəbər verir ki, qarşıdurma Hollandiya sərhədinin yaxınlığında yerləşən, köhnə sənaye şəhəri olan Duysburqun, Sparkas bankında baş verib.

Hazırda polisin xususi təyinatlı bölmələri hadisə yerindədir.

Yerli polis idarəsinin rəsmisi bankda bir qadın və bir kişi, bankın əməkdaşları olan iki şəxsin girov tutulduğunu bildirib.

Hadisə yerinə polis vertolyotu göndərilib və bank ətrafındakı bütün küçələrdə təpədən dırnağadək silahlanmış polis yerləşdirilib.