Konnektikut ştatının  Laser Power Systems (LPS) şirkəti yeni mühərrik sisteminin üzərində işləyir.  Bu barədə Bizimyol.info Rusiya KİV-lərinə istinadən məlumat verir.
Bu mühərrik sistemi dünyada rast gəlinən ən  yüksək eneriyə malik toriumla işləyəcək. Həddən artıq böyük sıxlığa malik olan toriumun  çox böyük enerji ayırmaq xüsusiyyəti var. Müqayisə üçün deyək ki, bir qram toriumdan ayrılan enerki 28 min litr benzindən ayrılan enerjiyə bərabərdir.
Şirkət hazırda torium maddəsinin kiçik parçaları üzərində işləyir. Bu parçalar lazer şüası yaradır, lazer şuası suyu qaynadır, alınan buxar mini turbinlərin  fırlanmasına xidmət edir. Torium mühərikki 200 kiloqram  ağırlığa malikdir. Bu mühərriklər ənənəvi avtomobillərin  kapotu altında rahatlıqla yerləşir.
Mütəxəssislərin hesablamasına görə torium mühərriklərinə 8 qram torium yükləmək mümkün olacaq ki, bu da onun 100 il fasiləsiz işləməsinə bəs edəcək.
Ekspert Robert Xarqreyvsin sözlərinə görə torium alternativ eneri mənbəyi kimi Yer kürəsinin gələcəyini xilas edə biləcək təbii sərvətdir. Bu maddə digər uzunmüddətli radioaktiv tullantılar istehsal edən maddələrdən 10 min dəfə az radioaktidir. O, nüvə reaksiyası yarada bilsə də xüsusi kondisiyalar olmadan bunu etmək mümkün deyil, odur ki. Toriumun nüvə enerisinin istehsalında istifadəsi də daha az təhlükəli hesab olunur. Ekspertin sözlərinə görə yaxın gələcəkdə bütün dünya  eneri almaq üçün artıq toriumun istifadəsinə başlayacaq. Bu günü biz öz gözlərimizlə görəcəyik.
bizimyol.info