Türkiyəyə məxsus yük gəmisi Liviya sahillərində batıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəmidə 13 nəfər olub. Onlardan 6 nəfəri xilas edilib, 7-si isə itkin düşüb.

İlkin məlumata görə, gəminin heyəti Türkiyə vətəndaşlarından ibarət olub.