Goranboyda oğurluq olub. AzEuroNews.com-un məlumatına görə, hadisə rayonun Təhlə kəndində baş verib. Gecə saatlarında subartezian quyusunun misdən olan elektrik kabelləri oğurlanıb. Kənd sakini Rafael Muradovun işlətdiyi artezianın 100 metrdən artıq kabeli kəsilərək aparılıb. Yol kənarında olan artezianı işə salmaq üçün transfarmatordan ayrılan 3 eyni ölçülü, işə salan qurğu və su nasosuna gedən mis kabellər şəxs və ya şəxslər tərəfindən kəsilərək götürülüb.

Hadisə yerinə polis əməkdaşları baxış keçirib.Fakt araşdırılır.

trans 1 trans 2