Binəqədi polisi həyət evlərindən silsilə oğurluqlar edən şəxsi saxlayıb. AzEuroNews.com-un məlumatına görə, rayonun Xocahəsən qəsəbəsində yaşayan bir neçə sakin polisə müraciət edərək onlara məxsus evlərdən elektrik kabellərinin və məişət əşyalarının oğurlanması barədə məlumat verib.

Daxil olan məlumat əsasında hərəkətə keçən polis əvvəllər məhkum olunmuş 24 yaşlı Oqtay Mehman oğlu Yaqubovu saxlayıb. İlkin dindirilmə zamanı saxlanılan şəxs 8 evdən oğurluq etdiyini etiraf edib. O, oğurluğu narkotikə olan təlabatını ödəmək üçün etdiyini bildirib.

Faktla bağlı Cinayət İşi açılıb, araşdırma aparılır.