“Yaprak Dökümü” serialından sonra ekranlardan uzunmüddətli layihələrdən uzaqlaşan Halil Ergün yeni serialda rol alacaq.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dünən bir məkandan çıxarkən jurnalistlərlə qarşılaşan aktyor fotolarının çəkilməsinə etiraz edib:

“Sonra da məni alkoqol aludəçisi kimi təqdim edirsiniz”.

H.Ergün hazırda bir layihə üzərində müzakirələr aparıldığını deyib:

“İndiyə qədər istədiyim təklif gəlməmişdi. Hazırda bir serial var, onu danışırıq. Hələ bu haqda çox məlumat verə bilmərəm, amma mövzu 1908-ci ildən bəhs edən hekayə olacaq”.

Qeyd edək ki, aktyor bir müddət əvvəl “Bana sevmeyi anlat” serialında epizodik rolda iştirak edib.