Lənkəranda gecə saatlarında  evə basqın nəticəsində ev sahibi xəsarət alıb. AzEuroNews.com-un məlumatına görə, hadisə  Lənkəran rayonu Xolmili kəndində 67-yaşlı  Vahab Səfərova məxsus yaşayış  evində  baş verib.  Basqın zamanı evə girən oğrular  evin ikinci mərtəbəsinə qalxmağ istəyən ev  sahibinin başına  küt alətlə vuraraq hadisə yerindən  qaçıblar. Basqın zamanı səsə gələn qonşular yaralını dərhal Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırıblar. Güclü kəllə-beyin travması alan   Vahab Səfərova açıq kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər tərəfindən onun vəziyyəti ağır qiymətləndirilir. Xəsarət alan Vahab Səfərov uzun illərdir kənd ambulatoriyasının müdiri vəzifəsində işləyir. Qohumlarının bildirdiyinə görə, hadisə zamanı evə qarət məqsədi ilə girmiş şəxs və ya şəxslər törədib. Ev sahibi evin aşağı mərtəbəsində olub və yuxarı mərtəbəyə çıxan zaman   onun başına küt alətlə zərbə endirilib. Hadisə ilə bağlı rayonun hüquq-mühafizə orqanlarında  araşdırmalara başlanıb, hadisəni törətmiş şəxs və ya şəxslərin yaxalanması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri görülür.

basqin 1