İrəvanda etirazçılarla polis arasında toqquşma baş verib. Xəbərə görə, polis Tiqran Mets prospektini bağlamağa cəhd edən aksiyaçılara qarşı güc tətbiq edib. Etirazçılarla polis polis arasında toqquşma Nalbandyan küçəsində də qeydə alınıb.

Nəticədə aksiya polis tərəfindən dağıdılıb. Sabah İrəvanda növbəti aksiyaların keçiriləcəyi planlaşdırılır.