Norveç keçən ilin iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı qaçan türk hərbiçilərinə yaşamaq və işləmək icazəsi verib. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, hərbi çevrilişə cəhddən sonra Norveçə qaçan hərbiçilərin müracitinə sözügedən ölkənin miqrasiya idarəsi tərəfindən baxılıb.  Qərar verilib ki, türk hərçibiləri qorunsun və onlara yaşamaqla bərabər işləmək icazəsi verilsin.

Məlumat üçün qeyd edək ki, Norveç 15 iyul çevrilişi ilə bağlı Avropaya qaçan türklərə yaşamaq və işləmək icazəsi verən yeganə Avropa ölkəsi deyil. Norveçdən əvvəl Almaniya, Fransa, Belçika kimi Avropa dövlətləri belə bir qərar verib.