Bakıda idman zalına kütləvi basqın olub. AzEuroNews.com-un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayon ərazisində yerləşən “Marafon” idman zalına gələn əlində dəyənək, balta, “beşbərmaq” və s. soyuq silahlarla silahlanmış şəxslər zalda məşq edən idmançılara hücum ediblər.

maxresdefault
Əli Nəcəfli

İnsident nəticəsində idmançılara xəsarət yetirilib. İlkin məlumata görə, insidentə məşqçilər – MMA üzrə dünya çempionu Əli Nəcəfli və Ziyadxan Sədiyev arasında yaranan mübahisə səbəb olub. Hadisə zamanı Əli Nəcəfli də daxil olmaqla 5 nəfər xəsarət alıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Ziyadxan Sədiyev və onunla basqında iştirak etmiş daha bir neçə nəfər saxlanılıb.

Ziyadxan Sədiyev
Ziyadxan Sədiyev

AzEuroNews.com-un əldə etdiyi məlumata görə, “Marafon” idman zalına hücum göstərişi sabiq deputat  Elton Məmmədovun oğlu Aynar Məmmədov tərəfindən gəlib. Çünki hazırda respublikada MMA üzrə döyüş yarışlarını deputatın oğlu keçirir. Bir müddət əvvəl edilən xəbərdarlığa baxmayaraq Əli Nəcəfli sözügedən döyüş üzrə yarış keçirib. Bundan bərk qəzəblənən Aynar Məmmədov Əli Nəcəflinin bu hərəkətinə cavab verəcəyi ilə bağlı xəbər göndərib. Lakin, Əli Nəcəfli deputat oğlunun hədələrinə baxmayaraq yarışın ikinci hissəsini də keçirməyə nail olub.

Görünür elə “Marafon” idman klubuna hücum da bu hadisələrin davamıdır.

aynar memmedov ve elton memmedov
Sabiq deputat Elton Məmmədov və oğlu Aynar Məmmədov

Məlumat üçün bildirək ki, Aynar Məmmədov bundan əvvəl qanunsuz “K-1” yarışı keçirdiyi üçün Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin qəzəbinə tuş gəlmişdi. “K-1”-in Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmi məktubu əsasında Ədliyyə Nazirliyində Kikboksinq Federasiyasının tabeliyində olan idman növü kimi qeydiyyata alındığını deyən Adil Əliyev mətbuat vasitəsi ilə Aynar Məmmədova pulla döyüş yarışları təşkil etidyinə görə xəbərdarlıq etmişdi.