Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Rusiyanın Soçi şəhərində təşkil olunan “Kuban baharı” turnirində növbəti oyununu keçirib.

AzVision.az AFFA-ya istinadla xəbər verir ki, Belarus komandası ilə keçirilən oyun heç-heçə yekunlaşıb – 1:1.

Yığmamızın heyətində Kristina Bakarandze fərqlənib.