Son günlər özünü yaxşı tərəfdən göstərən Kilian Mbappenin parlaq çıxışı Avropanın aparıcı klublarının diqqətindən kənarda qalmayıb. Apasport.az saytının məlumatına görə, oyunçuya gələn təkliflər klubu “Monako”nu da əl-ayağa salıb.

Fransa mətbuatı artıq “knyazlıq klubu”nun hücumçu üçün qiymət müəyyənləşdirdiyi haqqında xəbərlər yayıb. Belə ki, 18 yaşlı Mbappeni heyətində görmək istəyən klub 150 milyon avrosundan keçməli olacaq.

Qeyd edək ki, futbolçu ilə “Real” və “Maneçster Yunayted”in maraqlandığı haqqında informasiyalar yayılmışdı.