ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku səhv salıb.

AzVision.azın məlumatına görə, bu barədə Jan-Klod Yunker “Financial Times” qəzetinə müsahibəsində bildirib.

“Onun (Red-Tramp) ümumiyyətlə Avropadan anlayışı yoxdur. Tuskla telefonla danışdığı zaman elə bilib ki, mənəm. Tarixdə ilk dəfə olaraq elə bir təəssürat yaranır ki, sanki ABŞ prezidentini Avropa maraqlandırmır”, – deyə Avropa Komissiyasının rəhbəri qeyd edib.

Gələn ay ABŞ-a səfər etməyi planlaşdırdığını deyən Yunker Trampla görüşünün sual altında olduğunu bildirib.