Bazar ertəsi Meksikanın cənubunda yerləşən Çyapas ştatının paytaxtı Tustla-Qutyerres şəhərində avtobusun aşması nəticəsində 59 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə ştatın Mülkü Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Bütün zərərçəkənlər xəstəxanalara çatdırılıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.