ABŞ-da təyyarə yaşayış evinin üstünə düşüb.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ABŞ-ın Atlanta şəhərində baş verib.

Belə ki, yüngülmotorlu təyyarə yaşayış evinin üstünə düşüb. Qəza nəticəsində təyyarədə olan 1 nəfər ölüb, fərdi yaşayış evi yanıb. Hadisə zamanı yaşayış evində heç kim olmayıb.