Bizim gözəllik anlayışımız Avropa ölkələrində olan gözəllik meyarlarına daha yaxındır.

AzEuroNews adme.ru-ya istinadən xəbər verir ki, bir çox ölkələrdə “gözəllik” deyildikdə tamam başqa meyarlar nəzərdə tutulur. Bu bir daha bizim xarici görünüşümüzün hər kəs tərəfindən bəyənilmədiyini sübut edir. Bəzi ölkələrdə isə biz gözəllik idealı hesab oluna bilərik.

Məsələn, Yaponiyada əyri dişlərə sahib olmaq çox gözəl hesab edilir. Onlar düşünürlər ki, əyri diş simaya şirinlik verir.

dis-azeuro-2

Yeni Qvineya sakinləri və bəzi Afrika ölkələrində yaşayan insanlar üzlərini və bədənlərini çapıqlarla bəzəyirlər. Kişilər və qadınlarda naxış formasında edilmiş çapıqlar çox bəyənilir.

neqr-azeuro-1

Cənubi Koreyada ürək şəklində olan üz əsas gözəllik meyarıdır. Bu ölkədə plastik əməliyyat etdirmək adi haldır və üzün ürək formasına salınması üçün əksər xanımlar bu üsula əl atırlar.

yapon-azeuro-1

Mavritaniyada isə artıq çəkili qızlar gözəl hesab edilirlər. Buna görə, ailələr qızlarını xüsusi fermalara kökəlməyə göndərirlər. Bu ənənəyə görə sonra əksər qadınlar mədədə ağrılardan əziyyət çəkirlər.

neqr-azeuro-2

İranda rinoplastika çox dəbdədir. Demək olar ki, burada bütün kişilər və qadınlar düz buruna sahib olmaq istəyirlər. Ən maraqlısıda odur ki, burada əməliyyat olunmamış şəxslər belə burunlarını sarıyırlar ki, cəmiyyətdə onların əməliyyat etdirdiklərini düşünsünlər.

emeliyyat-azeuro-1

Asiyanın çox ölkələrində açıq rəngli dəriyə sahib olmaq gözəl olmaq sayılır. Çin və Taylandda bu səbəbdən bütün dəriyə qulluq məhsullarının üzərində “ağardıcı təsir” yazısı olur. Onlar çimərliyə gedəndə belə üzlərini örtürlər və qaralmaq üçün solyariyə gedən avropalı qadınlara axmaq kimi baxırlar.

qiz-azeuro-3

Afrikanın bəzi qəbilələrində iri alın gözəllik rəmzi sayılır. Buna bənzər adət orta əsrlər Avropasında da olub.

neqr-azeuro-3

Birmada isə qadınların uzun boğazlı olması, gözəl olmağın əsas şərtidir. Padaunq qəbiləsinə mənsub olan qadınlar boğazları uzun olsun deyə latun halqalar taxırlar.

halqa-azeuro-01

Efiopiyada isə qızların ağızları nə qədər geniş olsa,  toy qabağı ona bir o qədər çox başlıq pulu verərlər.

neqr-azeuro-4

Tacikistanda qadın gözəlliyinin əsas əlamətlərindən biri çatmaqaşlı olmaqdı. Əgər çatmaqaşlı deyilsə xanım, o, qaşlarının arasını qara rəngə boyayır.

qas-azeuro-

Bu gözəllik şərtləri bizə qəribə gəlsə də, gəlin razılaşaq ki, qulağı deşib sırğa taxmaq və uzun görünmək üçün dikdaban ayaqabbı geyinməkdə o qədər adi deyil.