Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərinə dəyişiklik edib.
Səhər saatlarında banklar 1 dolları 1.6550 manatdan baha alır, 1.7250 manatdan da yüksək satır.
Araşdırmaya əsasən, dünən axşam saatları ilə müqayisədə “Günaybank” dolların alışını bahalaşdırıb, satışını ucuzlaşdırıb: alışı 1.7000 manatdan 1.7100 manatadək, satışı 1.7280 manatdan 1.7350 manatadək.
“NBC Bank” həmçinin dolların alışını bahalaşdıraraq, satışını ucuzlaşdırıb: alış 1.6800 manatdan 1.6950 manatadək, satış 1.7400 manatdan 1.7350 manatadək.
 Pakistan Milli Bankının Bakı filialı dünənin axşam saatları ilə müqayisədə yalnız dolların alışını ucuzlaşdırıb: 1.6800 manatdan 1.6700 manatadək. “VTB Bank Azərbaycan” isə dolların alışını 1 qəpik bahalşdırıb: 1.6600 manatdan 1.6700 manatadək.
“Naxçıvanbank” yalnız dolların satış məzənnəsini 2 qəpik bahalaşdırıb: 1.7300 manatdan 1.7500 manatadək.