Lənkəranda qətl hadisəsi baş verib. AzEuroNews.com-un məlumatına görə, qətil hadisəsi rayonun Səpnəkəran kəndində başverib. Belə ki, 49  yaşlı Rüfət Əliyev həyat yoldaşı  Maygül Əliyevanı bel sapı ilə  çoxsaylı zərbələr vuraraq öldürüb. Yaxınlarının bildirdiyinə görə, hadisə baş verən zaman evdə heç kim olmayıb. Hadisə yerinə ilk gələn mərhumun oğlu olub. Orta məktəbdə müəllimə işləyən, Maygül Əliyeva  əri tərəfindən ailə münaqişəsi zəminində öldürüldüyü bildirilir. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. Qətli törədmiş Rüfət Əliyev isə,  hadisə yerindən qaçıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir.

qetl 2 qetl 3