Sabirabadda ata çəkiclə 7 yaşlı oğlunu amansızlıqla öldürüb. AzEuroNews.com-un məlumatına görə, hadisəsi Sabirabad rayonunun Ulacalı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 27 yaşlı Röyal Şakir oğlu Məmmədov 7 yaşlı (2010-cu il təvəllüdlü) oğlu – Röyamini xüsusi amansızlıqla  qətlə yetirib.

Yenicə məhkumluqdan qayıdan R.Məmmədov həyat yoldaşına uşağın atasının başqa adam olduğunu iddia edib. Aralarında mübahisə yaranıb. Röyal həyat yoldaşını öldürmək istəsə də o, ərinin əlindən qurtularaq qaça bilib. Arvadının qisasını oğlundan almaq istəyən ər onu fəaliyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və yeməkxananın zirzəmisində uşağın başına 6 çəkic zərbəsi vuraraq onu amansızlıqla qətlə yetirib.

Röyal Məmmədov və həyat yoldaşı polis tərəfindən saxlanılıb. Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar  davam etdirilir.

sabir 5 sabir

sabir 3