Türkiyə millisinin düşərgəsində zədə alan Arda Turanın vəziyyətinə aydınlıq gəlib.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Bunu futbolçunun formasını geyindi “Barselona”nın rəsmi saytı yayıb. Məlumatda bildirilir ki,  qasıq nahiyəsində zədə olan futbolçu 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Arda Turan zədəsi səbəbindən millinin Moldovaya qarşı keçirdiyi yoxlama görüşündə iştirak etməmişdi.