Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. AzEuroNews.com-un məlumatına görə, “Man” markalı ağır tonrajlı yük maşını ilə “VAZ 2106” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

Məlumata görə, həmin ərazidə “Man”  markalı ağır tonrajlı yük maşını ilə Tərlan Dadaşovun idarə etdiyi  “VAZ 2106” markalı 60 BC 692 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Quba istiqamətində hərəkətdə olan “Man”   markalı yük maşını ötmə əməliyyatını düzgün etmədiyindən idarə etməni itirib və onunla eyni istiqamətdə olan “VAZ 2106”  markalı minik avtomobilinə dəyib. Nəticədə minik avtomobilində olan sürücü 59 yaşlı Tərlan Dadaşov hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan həyat yoldaşı və oğlu isə ağır xəsarətlərlə Sumqayıt şəhər TTYX-na çatdırılıb.

Faktla bağlı BDYPİ-də araşdırmalar aparılır.

6747cf6c-087b-4fed-bf4a-33bd5d73cd71 d242d410-fff1-4f70-ba23-4c82178f32fa