Ötən gecə paytaxt ərazisində iki yol nəqliyyat hadisəsi baş verib. Hadisələr zamanı iki piyada vurulub. AzEuroNews.com-un məlumatına görə, hadisələrdən biri Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb. Qəsəbənin İlqar Əliyev küçəsində yolu keçmək istəyən 55 Quliyeva Minayə Qasım qızını avtomobil vurub. Piyadanı sürücü özü xəstəxanaya çatdırıb. Yaralıya dərhal tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş olan Minayə Quliyeva palataya yerləşdirilib. Hadisə barədə polisə məlumat verilib. Sürücü ifadəsi alınması üçün Polis idarəsinə aparılıb. Faktla əlaqədar araşdırmalar başlanılıb.

Sabunçu rayonunda daha bir piyada vurma hadisəsi qeydə alınıb. Hadisə ramana qəsəbəsin ərazisində yerləşən Şuşa şəhərciyində baş verib. Yaşadığı evdən küçəyə çıxan 31 yaşlı Mehran Əjdər oğlu Balakişiyevi naməlum avtomobil vurub. Qəzadan sonra əazidən uzaqlaşıb. Yaralı hadisə yerinə çağrılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Həkimlər Mehran Balakişiyevin qəza nəticəsində kəllə-beyin travması aldığını bildiriblər. Faktla əlaqədar araşdırmalara başlanılıb.