Bakının Nizami rayonunda ruhi xəstə intihar edib. AzEuroNews.com-un məlumatına görə, ötən gün axşam saatlarında 1984-cü il təvəllüdlü Makeyev Denis yaşadığı Əli Vəliyev küçəsi 5 ünvanında yerləşən binanın 7-ci mərtəbəsindəki 14-cü mənzildən özünü yerə ataraq intihar edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Denis Makeyev ruhi-əsəb dispanserində qeydiyyatda olub və son vaxtlar xəstəlikdən daha çox əziyyət çəkirmiş.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.