Müğənni Damla instaqramda  ilk ilk dəfə oğlunun fotosunu paylaşıb. 

“Qafqazinfo” xəbər verir ki, sənətçi mətbuatdan gizlətdiyi övladının şəklini izləyiciləri ilə bölüşüb.

İfaçının həmin fotosunu 12 minə yaxın insan bəyənib.

Müğənni “Bu hədiyyəni görən kimi duyğulandım.  Oğlum bu həyatda sahib olduğum yeganə varlığımdır. Nə yaxşı ki, övladımla olan bu fotonu hazırlamısız. Allah bu sevgini mənə çox görməsin”- deyə şərh bildirib.

Xatırladaq ki, Damla “Qafqazinfo”ya müsahibəsində oğlunun onunla foto paylaşmağa icazə vermədiyini söyləmişdi.