Hindistan polisinin verdiyi hesabatda məlum olub ki, insanlar terrordan çox sevginin qurbanı olublar.

AzEuroNews telegraph-a istinadən xəbər verir ki, Hindistanda 2001-2015-ci iiləri əhatə edən statistik məlumata əsasən, sevgi 38,585 qətl üçün rəsmi səbəb olub.

Terrorizm isə dinc sakinlər və təhlükəsizlik qüvvələri daxil olmaqla, 20,000 insanın rəsmi ölümünə səbəb olub.

Bundan əlavə, hökumət 79,189 intiharların səbəbi kimi “Məhəbbəti” göstərib.

260,000 insan oğurluğunun səbəbi isə “Nigah” olub.