Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda metroda baş verən partlayışla bağlı açıqlama verib.

BakiPost.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşdüyünü və partlayışın səbəblərini müəyyən etməyə çalışdıqlarını bildirib. Prezident hadisənin terror aktı olmasını da istisna etməyib.

Məsələnin ən ilginc tərəfi isə, V.Putinin hadisə zamanı Sankt-Peterburqda səfərdə olmasıdır. O, konfransa qatılmaq üçün həmin şəhərə yollanıb.