Ötən gecə paytaxt ərazisində yerləşən bazarların birində yanğın baş verib. AzEuroNews.com-un məlumatına görə, Nəsimi rayon ərazisində yerləşən “Təzə Bazar”-da yanğın baş verib. Yanğın bazarın meyvə tərəvəz satılan hissəsində başlayıb. Alov qısa zaman ərzində bir neçə dükana keçib. Dərhal hadisə yerinə  Dövlət Yanğından Mühafizə Xidmətinin 10-a yaxın yanğın sömndürən avtomobili və xeyli sayda canlı qüvvəsi cəlb olunub.

28394309-9442-47fe-9a32-ae43d780715c

Qısa zamanda yanğının qarşısı alınıb. Bazarın digər hissələri alovdan mühafizə edlilib. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılır.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl “Təzə Bazar” MMC-nin sahibi, iş adamı Məmmədağa İbrahimov özünün və ailəsinin ölümlə hədələnməsi və bununla bağlı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edib.

f3350982-4151-464c-b297-091889d7478b

Belə ki, Məmmədağa İbrahimov bildirib ki, onunla Vaqif Şıxaləiyev arasında uzun zamandır mülk mübahisəsinin olduğu bəllidir, amma mətbuatda qeyd olunduğu kimi guya onun Vaqif Şıxəliyevin adamları tərəfindən döyülməsiylə bağlı gedən informasiyalar həqiqəti əks etdirmir.

“Təzə Bazar” MMC-nin sahibi, iş adamı Məmmədağa İbrahimov
“Təzə Bazar” MMC-nin sahibi, iş adamı Məmmədağa İbrahimov

Xatırladaq ki, bazar sahibi bir neçə dəfə ölkə mətbuatının gündəminə qalmaqallarla gəlib. Uzun zamandır “Bakı Mərkəzi Bazar” MMC-nin sahibi Vaqif Şıxəliyevlə iş adamı arasında mülk davası var. Belə ki, “Təzə Bazar” MMC-yə hər iki iş adamı şərik olub. Və bazar uğrunda tərəflər arasında dəfələrlə müxtəlif səpkili insident baş verib.

ppx

 

Bazar çalışanlarından verilən məlumata görə, ticarət mərkəzində baş verən yanğın iki iş adamı arasında mülk üstündə  baş verən mübahisənin davamıdır.