Qazaxda təkər təmiri sexində bədbəxt hadisə baş verib. AzEuroNews.com-un məlumatına görə, rayon mərkəzindəki sexlərinin birində “KamAZ” təkərinə hava vurularkən təkər partlayıb. Nəticədə usta və sürücü 32 yaşlı Qazax rayon Ağköynək kənd sakini Əmiraslanov Əmiraslan və 53 yaşlı Kommuna kənd sakini Elçin Axundov ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal Qazax Müalicə və Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Əmiraslan Əmiraslanov döşqəfəsi və qarın nahiyəsi, Elçin Axundov isə başından ağır xəsarət alıb. Hər iki xəstənin vəziyyəti orta ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

ae36517d-e181-4f73-8c2a-0cefb6635850