Star TV-də yayımlanan “Anne” serialının baş rol aktrisası Cansu Dərə ekran işinin bitəcəyini açıqlayıb.

Axşam.za-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, serialın bu mövsüm final edəcəyini deyib:

“Serial çox yaxşı irəliləyir. Lakin buna rəğmən bu mövsüm bitəcək. Uşaq qəhrəman Beren Gökyıldız, həqiqətən də, möhtəşəm rol canlandırır. Mən onu uşaq kimi görmürəm. Çox istedadlıdır. Serial bitəcəyi üçün artıq mənə film təklifləri gəlir. Yaxşı ssenari olsa, yayda filmə çəkiləcəyəm”.