Arnold Şvarsneqqer “Terminator”un yeni seriyasının çəkiləcəyini deyib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, yenidən rejissor Ceyms Kemeronla bir araya gələrək əfsanəvi filmi çəkəcəklərini bildirib:

“Bu, yalan xəbər deyil. “Paramount” kinostudiyası istəmirsə, bu, əfsanəvi filmin çəkilməyəcəyi anlamına gəlmir. Eybi yox, onlardan başqa bu filmi istəyən 15 studiya, ssenari yaza bilənlər var. Sadəcə vaxt edib danışmaq lazımdır”.

Filmin 2019-cu ildə təqdim ediləcəyi gözlənilir.

Xatırladaq ki, bu seriyadan olan sonuncu film “Terminator: Genezis” 2015-ci ildə ekranlara çıxmışdı.