Gəncədə şəhid İnqilab Quliyevin anım mərasimi keçirilib.

AzEuroNews APA-ya istinadən xəbər verir ki, öncə Şəhidlər xiyabanında şəhid hərbçinin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Daha sonra anım tədbiri Gəncə şəhər “İmamzadə” Dini Kompleksinin mərasim zalında davam etdirilib. Mərasimdə Azərbaycan şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərin ruhuna dualar oxunaraq Allahdan rəhmət dilənib.

Anım mərasimində çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbədən danışıb. Bildirib ki, dörd günlük döyüşdə düşmən ordumuzun hərbi qüdrəti qarşısında vahiməyə düşərək geri çəkilib. Elmar Vəliyev Gəncədən olan şəhid İnqilab Çingiz oğlu Quliyevin də bu qələbədə öz payı olduğunu vurğulayıb. İH başçısı şəhidin qısa, lakin şərəfli ömür yoluna nəzər salaraq, bildirib ki, təmas xəttində baş verən 4 günlük döyüşlər zamanı vətənə olan sədaqət və sevgisini öz canından üstün tutan və bu yolda şəhid olan zabitlərimizdən biri Quliyev İnqilab Çingiz oğluna təltif edildiyi “İgidliyə görə” medalı Gəncədə yaşayan ailəsinə təqdim olunub. Şəhidin ailəsinə dövlət tərəfindən mənzil və bu günlərdə şəhərin küçələrindən birinə şəhidin adı verilib. Bundan başqa şəhidin ailəsinin yaşadığı binaya yaxın günlərdə onun barelyefi vurulacaq.

Şəhidin atası Çingiz Quliyev İnqilab Quliyevin göstərdiyi qəhrəmanlıqdan, ordumuzun cəbhədəki uğurlarından söz açıb. Çıxışında Azərbaycan Ordusunun qüdrətindən, gənclərimizin Vətən sevgisindən, əsgərlərimizin döyüşlərdə göstərdikləri şücaətdən, Silahlı Qüvvələrimizin gücündən, xalq-ordu birliyinin sarsılmazlığından danışıb. Qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi daim qəlblərdə yaşayacaq.

Sonra ehsan süfrəsi açılıb.inqilab-azeuro-2

inqilab-azeuro-3