“Kara sevda” serialının dünənki seriyasının yayımı zamanı kobud səhvə yol verilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Burak Özçivit və Neslihan Atagülün baş rollarda çəkildiyi ekran işi reklam fasiləsindən qayıtdıqdan sonra 40 dəqiqə geridən yayımlanmağa başlayıb.

Təkrar səhnələri izləyən tamaşaçılar sosial mediada serialı kəskin tənqid edərək etirazlarını bildiriblər. Star TV isə səhvini çox gec düzəldib.

kara-sevda-azeuro-1