Nardaranda hamamdan silah-sursat tapılıb. AzEuroNews.com-un məlumatına görə, bu barədə Sabunçu rayon Polis İdarəsi məlumat yayıb. Məlumatda deyilir ki, qəsəbə ərazisində yerləşən və hazırda fəaliyyət göstərməyən “Həci Əbdül” hamamında axtarış aparılıb. Axtarış zamanı orada “AKS” markalı silah, 50 ədəd patron, 4 ədəd “F-1” qumbarası və dini mərasimdə istifadə olunan avadanlıqlar aşkarlanaraq götürülüb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırmalara davam etdirilir.100 102