ABŞ prezidenti Donald Trampın böyük oğlu Nyu-York ştatının qubernatoru olmaq niyyətindədir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, belə bir etirafı Trampın oğlu ştatda elit silah klublarından birinin üzvləri ilə söhbət zamanı edib.

“Kiçik Donald Tramp namizədliyini dövlət postuna, Nyu-York ştatının qubernatoru vəzifəsinə irəli sürməkdə maraqlıdır. Nyu-Yorkun meri vəzifəsi ona az maraqlıdır” deyə söhbətin iştirakçılarından biri söyləyib.

Söhbət zamanı kiçik Tramp onu da əlavə edib ki, atasının seçkiqabağı kampaniyasında iştirak etdikdən sonra biznesə qayıtmaq onun üçün sıxıcı olub.