Kanadanın Albert şəhərində ailələrdən biri  29 il ərzində  artıq 3-cü dəfə lotoreyadan pul udublar.Finks ailəsinin bu yaxınlarda lotoreyada qazandıqları məbləğ 8,2 milyon təşkil edib.

AzEuroNews vesti.ru-ya istinadən xəbər verir ki, Barbara və Duqlas cütlüyü bu pulla yeni bir ev almaq və uşaqlarının maddi problemlərini həll  etmək istədiklərini deyiblər.

Finks  ailəsinin ilk dəfə 1989-cu ildə 128 min dollar qazananda bəxtləri gətirib. Yenidən bəxt cütlüyün üzünə  2010-ci ildə 100 min dollar pul qazananda gülümsəyib. Ailənin axırıncı uduşu isə ölkə tarixində ən böyük sayılır.

Cütlüyün sözlərinə görə, onlar üçün ən əsası – ailədir.

“Biz uduşun əsas hissəsini öz qızımızın və nəvəmizin hesabına qoyacağıq. Ailə bizim üçün həmişə birinci planda olub. Əmin olmaq lazımdır ki, yaxınlarımız maddi cəhətdən qorunurlar”, Duqlas Finks deyib.