Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş pakistanlı Nobel sülh mükafatı laureatı Məlalə Yusəfzayı BMT-nin sülh elçisi təyin edəcək.

Axar.az xəbər verir ki, sözügedən təyinatın aprelin 10-da baş tutacağı gözlənilir.

Quterreş Məlalənin qadın və qızların hüquqlarını qorumaq üçün bütün təhlükələri gözə aldığını bildirib.

2014-cü ildə Nobel sülh mükafatına layiq görülən Məlalənin həyatı, məktəbli ikən Taliban hücumuna məruz qalıb yaralanması və bütün bunlara rəğmən, mübarizədən dönməməsi dünya mediasında böyük rezonans doğurmuşdu.