ABŞ-ın sabiq prezidenti Bill Klinton böyük Corc Buşu ziyarət edərək ona corab hədiyyə edib.

AzEuroNews xəbər verir ki, bu barədə Klinton öz “Twitter” səhifəsində məlumat paylaşıb.

“Bu gün Hyustonda böyük Corc Buş və onun həyat yoldaşı ilə vaxt keçirmək olduqca xoş idi. Biz övladlar, keçmiş və indiki vaxtlardan söhbət etdik. Və corablardan”, – deyə yazan Klinton əlil arabasında oturan Buşa corab hədiyyə etməsini əks etdirən fotostunu paylaşıb.