Aparılan araşdırmaya əsasən Britaniyada bəzi mağazalarda müştərilərə süni kürk adı ilə satılan bəzi geyim əşyalarında təbii heyvan kürkündən istifadə olunub.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, Xəz ferma təsərrüfatlarına 2003-cü ildə Böyük Britaniyada qadağa qoyulub, amma xaricdə hazırlanan xəz hələ də Asiyadan Britaniyaya pərakəndə ticarət vasitəsi ilə öz yolunu tapır və sintetik material kimi etiketlənir.

Təbii xəzlərin aşkarlandığı hər iki mağazanın satış siyasətində heyvan kürkündən istifadə etmək qadağandır. Aşkarlanmış bütün malların üzərində “Çində istehsal olunmuşdur” yazısı diqqət çəkir.

xez-deri-ayaqqabi-azeuro-1

Beynəlxalq Humanist cəmiyyətinin icraçı direktoru Kler Bas deyir ki, Çində xəz ferma təsərrüfatlarının sayı inanılmaz dərəcədə çoxdur və bu da qiymətləri aşağı salır, həmdə heyvan sevən müştəriləri sintetik məhsul adı ilə aldadırlar.

deri-xez-azeuro-1

Mağazalardan biri isə müştərilərdən yalnış anlaşılma üçün üzr istəyib və bundan sonra mağazaya gətirilən kürklü modellərin təbii və ya süni olduğunu araşdıracaqlarını bildiriblər.