Əgər yay mövsümündə hava şəraiti sizləri narahat etmirsə, siz məşhurların üstünlük verdiyi və yay mövsümündə də dəbdə olacaq qapalı donlar tam sizin üçündür.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, əvvəllər mağazalarda açıq qadın geyimləri üstünlük təşkil edirdisə, indi açıq modellərin əvəzinə qapalı modellərə üstünlük verilir.

Qolları və ayaqları açıqda qalan donlar yerinə uzun qol və uzun donlar daha dəbli görsənir. Bu trendi ən uğurlu nümayiş etdirənlərdən biri isə məşhur aktrisa Nikol Kidmandır.

Dəfələrlə təntənəli mərasimlərə uzun və qapalı libaslar geyinmiş aktrisa, bu modellərin necə gözəl göründüyünü sübut edib.