Show TV-nin reytinqli serialı “İçerde”nin bugünkü seriyasında böyük sirr açılacaq.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Coşkun Mertin Sarpın qardaşı olduğunu açıqlayır. Tamaşaçının həftələrdir gözlədiyi həmin anın görüntüləri sosial mediada böyük maraqla qarşılanıb. Lakin Coşkunun bu etirafı kimə etdiyi bu axşamkı seriyada bilinəcək.

Qeyd edək ki, ekran işinin baş rollarında Çağatay Ulusoy, Aras Bulut İynemli, Çetin Tekindor, Bensu Soral və digər məşhurlar çəkilib.