Bakıda silahlı şəxs saxlanılıb. AzEuroNews.com-un məlumatına görə, daxil olan məlumat əsasında Qaradağ rayon 10-cu polis bölməsinin əməkdaşları Lökbətan qəsəbəsində ”Sədərək” ticarət mərkəzində Masallı rayobn sakini ”Qurd” ləqəbli Cavad Rəhimovu saxlayıb. Onun üzərinə baxış keçirilərkən ”TT” markalı tapança aşkar edilib.

Bölmədə dindirmə zamanı Cavad Rəhimov həmin silahı bir neçə il əvvəl xarici ölkədən aldığını və satmaq niyyəti ilə paytaxta gətirdiyini deyib.

İndi polis onun həmin silahla cinayət törədib törətməməsini araşdırır. Cavad Rəhimov barəsində bölmədə toplanmış material baxılması üçün Qaradağ rayon Polis İdarəsinə göndərilib.

33e0a572-5c7e-4339-81b9-7f77ab386c1e