Bu ayın sonunda yeni “Meizu Pro 7” flaqman smartfonunun təqdimatı gözlənilir.

AzEuroNews.com-un “actualnews.org” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Meizu” şirkətinin vitse-prezidenti Li Nen bildirib. O deyib ki, bu ay “Meizu” özünün maraqlı dizayna malik yeni smartfonunu tədqim etməyə hazırlaşır. Söhbət “Meizu M5X” modelindən getmir.

Xatırlatmaq yerinə düşər ki, ötən ilin aprel ayında “Meizu Pro 6” modeli təqdim olunub. Bundan başqa, bu ay digər texnoloji nəhəng – “Xiaomi” şirkəti “Meizu”nun layiqli rəqibini nümayiş etdirəcək.

Şayiələrə görə, “Meizu Pro 7” 4K formatlı, 5,7 düym diaqonallı displeyə malikdir. Bundan başqa, smartfon “Sony IMX362” görüntü “datçik”inə malik 12 meqapiksel kameraya malik olacaq.