Ukraynanın paytaxtı Kiyevin mərkəzində partlayış baş verib.

“Ölkə.Az” xəbər verir ki, 11 aprel tarixinə keçən gecə Kiyevdə partlayış qeydə alınıb. Partlayış Vladimirsk küçəsi, ev 4 ünvanında qeydə alınıb.

Bu barədə “112 Ukrayna” kanalı məlumat verib. Məlumata əsasən, partlayışın dalğası birinci mərtəbədəki evlərin şüşələrini çilik-çilik edib. Bu binada restoranlar və bank fəaliyyət göstərir. Eyni zamanda yaxınlıqda park edilmiş avtomobillərə də ciddi ziyan dəyib.

Hadisə yerində hüquq-mühafizə orqanları işləyir. Xəsarət alanlar barədə məlumat verilmir.