Diyarbəkirin Bağlar qəsəbəsində güclü partlayış qeydə alınıb. Lent.az xəbər verir ki, partlayış xüsusi təyinatlı polis idarəsinin yaxınlığında baş verib.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları və polis əməkdaşları cəlb edilib.

İlkin məlumata görə, partlayış şəhər polis idarəsinin əlavə binasındakı sexdə zirehli polis maşınının təmiri zamanı baş verib. Hadisə nəticəsində 1-i ağır olmaqla, 4 nəfər yaralanıb.