Stress demək olar ki, müasir insanın ayrılmaz bir hissəsinə çevrilib. Gündəlik işlər və problemlər bizlərə həyəcandan tutmuş, ciddi narahatlığa kimi xoş olmayan hisslər yaradırlar.

AzEuroNews xarici mediaya istinadən stress səviyyənizi müəyyən etmək istəyirsinizsə, asan testdən keçməyinizi təklif edir:

Şəkilə diqqət yetirin. Pilləkən yuxarı, yoxsa aşağı tərəfə istiqamətlənib?

Əgər siz pilləkənin yuxarı istiqamətləndiyini düşünürsünüzsə, o zaman sizin stress səviyyəniz 50%-dir.

Hazırda siz özünüzü yaxşı hiss edirsiniz. Siz ploblemlərinizi həll edir, həmçinin problemlərin sizi bir küncə qısmasına imkan yaratmırsınız.

Əgər siz pilləkənin aşağı istiqamətləndiyini düşünürsünüzsə, o zaman sizin stress səviyyəniz 200%-dir.

Sizin emosional vəziyyətiniz dözülməz həddədir. Ola bilsin ki, bu yaxınlarda sizin həyatınızda pis bir hadisə baş verib. İndi siz sakitləşməli və problemləri özünüzdən kənarlaşdırmalısınız.

Əgər siz döşəmənin əyri olmasına fikir verdinizsə, o zaman sizin stress səviyyəniz 90%-dir.

Sizin stress səviyyəniz çərçivə içərisindədir. Lakin bu, çox təhlükəli bir vəziyyətdir və hər hansı bir tətik aktivləşsə, siz –  maksimum dərəcədə stress altına düşəcəksiniz.