Azərbaycan Premyer Liqasında XXVI turun oyun cədvəli açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, aprelin 15-də start götürəcək tur iki gün davam edəcək.

Tura “İnter” və “Qarabağ” arasında mərkəzi oyunla yekun vurulacaq. Turun bütün oyunları “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası
XXVI tur
15 aprel (şənbə)

16:30. “Sumqayıt” – “Zirə”
Sumqayıt. Şəhər stadionu

18:30. “Neftçi” – AZAL
8-ci km stadionu

16 aprel (bazar)

16:00. “Kəpəz” – “Qəbələ”
Gəncə şəhər stadionu

18:30. “İnter” – “Qarabağ”
“İnter Arena”