Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun günündə daha 3 qarşılaşma keçiriləcək.

İlk oyun “Borussiya” “Monako” görüşü olacaq. Matç meydan sahiblərini oyuna aparan avtobusun yaxınlığında baş vermiş 3 partlayış səbəbindən görüş təxirə salınmışdı.

Günü əsas qarşılaşması Münhendə “Bavariya” “Real” arasında keçiriləcək. Bu görüşü erkən final da adlandırmaq olar.

Daha bir oyun isə İspaniyada baş tutacaq. “Atletiko” Madriddə “Lester”i qəbul edəcək.

20:45. “Borussiya” (Dortmund, Almaniya) – “Monako” (Fransa)

22:45. “Bavariya” (Almaniya) – “Real” (Madrid, İspaniya)

22:45. “Atletiko” (Madrid, İspaniya) – “Lester” (İngiltərə)